Makron açıqladı: Putin buna görə narahatdır

Makron açıqladı: Putin buna görə narahatdır

Fransa və digər Qərb dövlətləri Rusiyanın məhvinə nail olmaq istəmirlər.

Globalinfo.az xəbər verir ki, bunu Fransa lideri Emmanuel Makron ABŞ-nin CBS televiziyasına müsahibəsində deyib.

“Moskvada müəyyən narahatlıq var ki, Qərb ölkələri onun məhvinə nail olmaq istəyirlər. Mən hesab etmirəm ki, bizim belə niyyətimiz var. Üstəlik, bizim mədəni və tarixi nöqteyi-nəzərdən çox yaxın münasibətlərimiz var. Həmişə rus xalqına hörmət etmişik”, – o bildirib.

Qeyd edək ki, Makron bundan öncə Vladimir Putinlə telefonla danışmaq niyyətində olduğunu bildirmişdi.

İlkin
Globalinfo.az