“Prezidenti İbrahim Rəisinin qəzaya uğradığı helikopterdən gələn zənglər araşdırılır”.
Globalinfo.az xəbər verir ki, bunu Qırmızı Aypara Cəmiyyətinin Baş katibi Yaqub Süleymani bildirib.
“Prezidentin olduğu helikopterdən iki nəfərin zəng vurduğu barədə məlumatlar var, bunlar araşdırılır”, – Süleymani deyib.
***
Prezident İbrahim Rəisinin qəza enişi edən helikopterində olan iki nəfərlə əlaqə saxlanılıb.
Globalinfo.az xəbər verir ki, bunu vitse-prezident Mohsen Mansuri açıqlayıb.
Qəzadan sonra bir helikopterin ekipaj üzvü, bir sərnişinlə əlaqə yarada bildik. Görünür elə də ciddi qəza olmayıb”, – İran rəsmisi bildirib.
M.Mansuri helikopterdən 2 nəfərlə əlaqə yaradılmasının ümidləri artırdığını deyib.













