1975-ci il xəritəsi haqda maraqlı məqam – Baqratyan açıqladı

“Sərhədlərin demarkasiyasının 1975-ci il xəritələrinə əsasən aparılmasını Rusiya təklif etmişdi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Sergey Baqratyan deyib.

“ABŞ və Ermənistan Rusiyanın xəritə təklifini proses üçün məqbul hesab edərək tətbiqinə razılıq veriblər. Hazırda Azərbaycanla sərhədin müəyyənləşdirilməsi ən vacib məsələdir. Məsələyə Bakı və İrəvanın yanaşması eynidir. Sülh sazişi delimitasiyaya əsaslanmalıdır, hazırda məhz bu istiqamətdə danışıqlar gedir”, – o bildirib.

Ayşən Mustafa
Globalinfo.az