Rusiya hökuməti şəkərin ixracına müvəqqəti qadağa qoyub.
Globalinfo.az xəbər verir ki, qərar avqustun 31-dək qamış şəkəri və ya çuğundur şəkərinin və kimyəvi cəhətdən təmiz qəndin ixracına tətbiq edilib.
Bəyanatda qeyd edilib ki, hökumət bu qərarı daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi üçün atıb.
Eyni zamanda Avrasiya İqtisadi Birliyinin (Aİİ) dörd ölkəsinə məhdud səviyyədə ixraca icazə veriləcək: Ermənistana 28 min ton; Belarusa 5 min ton; Qazaxıstana 120 min ton; Qırğızıstana 28,5 min ton.