IMG 20240502 WA0020

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının ikinci günündə yarışlar.

Globalinfo.az bildirir ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilib. Komandalar 500, 1000 və 1500 metr məsafəyə kayak, kanoe və akademik avarçəkmə növündə mübarizə aparıblar.

Milli komandamız günü üç medalla başa vuraraq daha bir uğura imza atıb. Təmsilçilərimizdən Əlimurad Hacızadə

2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində birnəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yarışlarda bütün rəqiblərini geridə qoyaraq Azərbaycan komandasına “Prezident Kuboku-2024” beynəlxalq reqatasının ilk qızıl medalını qazandırıb.

Akademik avarçəkmə növündə 2006-2007-ci il  təvəllüdlü idmançıların mübarizəsində isə 1500 metr məsafəyə yarışda təmsilçimiz Nurlan Paşayev yarışı ikinci tamamlayaraq gümüş medala layiq görülüb.

Günün son medalını isə komandamıza Vacib Babayev və Qiyas Əhmədov cütlüyü qazandırıb. Təmsilçilərimiz akademik avarçəkmə üzrə 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində 500 metr məsafəyə yürüşdə finiş xəttini üçüncü tamamlayaraq bürünc medal əldə ediblər.

Xatırladaq ki, mayın 3-də Mingəçevirdə “Prezident Kuboku-2024” beynəlxalq reqatasının bağlanış mərasimi olacaq. Bağlanış mərasimində əvvəlcə qaliblər mükafatlandırılacaq. Kayak, kanoe və akademik avarçəkmə üzrə kuboklar sahiblərinə təqdim ediləcək. Daha sonra bağlanış mərasimi bədii hissə ilə davam edəcək. Müxtəlif musiqi nömrələri ilə yanaşı son illərin ən populyar ifaçılarından Hiss solo ifası ilə bağlanış mərasiminə rəng qatacaq. Reqataya möhtəşəm atəşfəşanlıqla yekun vurulacaq.

IMG 20240502 WA0010 IMG 20240502 WA0009 IMG 20240502 WA0013 IMG 20240502 WA0017 IMG 20240502 WA0022 IMG 20240502 WA0015 IMG 20240502 WA0011 IMG 20240502 WA0023 IMG 20240502 WA0025 IMG 20240502 WA0019 IMG 20240502 WA0027 IMG 20240502 WA0028 IMG 20240502 WA0021 IMG 20240502 WA0018 IMG 20240502 WA0029 IMG 20240502 WA0026 IMG 20240502 WA0024 IMG 20240502 WA0012 IMG 20240502 WA0014 1 IMG 20240502 WA0016 IMG 20240502 WA0008

Paylaş: