Ermənistanın Sünik (Zəngəzur – red.) vilayətində 14 yaşlı yeniyetmə oğlan minaya düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, yeniyetmə Sünikdə kəndlərin birində bitki toplamaq istəyib. Bu zaman partlayış olub.
Yeniyetmənin sinəsindən, üz nahiyəsindən və sol əlindən yaralandığı bildirilir.
O, Sisian xəstəxanasına çatdırılıb. Sol əlindəki barmaqlarından birinə amputasiya diaqnozu qoyulub.
Ayşən Mustafa
Globalinfo.az