b7a1f2e3 5405 3274 8eda e72ee732f65e 850

Azərbaycan millisinin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” Türkiyə Futbol Federasiyası tərəfindən (TFF) cəzalandırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İntizam Komitəsi məlumat yayıb.

Klubun cəzalanmasına səbəb “Göztepe” ilə matçda azarkeşlərin davranışları olub. 1-ci liqa təmsilçisi növbəti ev oyununu azarkeşsiz keçirəcək. Həmçinin klub 112 min TL (5,896.43 manat) məbləğində cərimələnib.

Qeyd edək ki, “Kocaelispor” 29 turdan sonra 49 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 

Paylaş: