image 123650291 10

Mənzil-qərargahı Londonda yerləşən Avropa Yenidənqurma və İnkişaf Bankında (EBRD) Azərbaycan Günü və Novruz Bayramı qeyd edilib.

Globalinfo.az bildirir ki, tədbirdə EBRD Prezidenti Odil Reno-Basso, Qafqaz üzrə Regional Direktor Alkis Drakinos, Bankın Azərbaycan üzrə Direktoru Yasəmin Girici, Bankın Şura və idarə heyətinin üzvləri, müvafiq şöbələrin rəhbərləri, Bankda çalısan Azərbaycan vətəndaşları iştirak etdilər.

Açılış nitqi ilə EBRD Prezidenti Odil Reno-Basso çıxış etmişdir. O, Bank ilə Azərbaycan arasındakı uğurlu münasibətlərdən, həyata keçirilən layihələrdən, regionumuzun inkişafına verilən töhfələrdən danışdı.

Tədbirdə iştirak etməkdən məmnunluğunu ifadə edən Odil Reno-Basso gələcək əməkdaşlıq perspektivlərinə müsbət baxdığını vurğuladı və COP-29 tədbirinin uğurlu keçirilməsi üçün Azərbaycan tərəfi ilə yaxın əməkdaşlığın vacibliyini bildirdi. Daha sonra çıxış edən Qafqaz üzrə Regional Direktor Alkis Drakinos genişmiqyaslı nəqliyyat və infrastruktur layihələrin müvəffəqiyyətlə aparılmasına toxundu.

Öz növbəsində Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov Azərbaycanda Bank ilə əməkdaşlığa verilən əhəmiyyətdən, mühüm birgə layihələrin həyata keçirilməsindən söhbət açdı. Səfir COP-29-un bütün region üçün önəmini vurğuladı, bu baxımdan davamlı inkişaf, bərpa olunan enerjiyə keçid və iqtisadi inkişaf məsələlərinin aktuallığını, Azərbaycan ərazisindən keçən və nəzərdə tutulmuş dəhlizlərin, o cümlədən Orta Dəhlizin  dünya və region üçün vacibliyini diqqətə çatdırdı. Daha sonra səfir Novruz Bayramı, onun tarixi və ənənələri haqda bəhs etdi, yenilik rəmzi olan Novruzun regionda və dünyada yeni dövrün başlanğıcı olacağına dair əminliyini bildirdi.

Daha sonra tanınmış skripkaçı Ceyla Seyidovanın ifasında Azərbaycan və beynəlxalq klassik musiqi incilərindən ibarət konsert keçirildi.

image 123650291 39 image 123650291 38

image 123650291 37 image 123650291 36

image 123650291 35 image 123650291 34

image 123650291 32 image 123650291 31 image 123650291 30

image 123650291 29

image 123650291 28 image 123650291 27 image 123650291 26 image 123650291 25 image 123650291 24

image 123650291 21

image 123650291 20 image 123650291 19 image 123650291 18 image 123650291 17 image 123650291 16 image 123650291 15 image 123650291 14 image 123650291 13 image 123650291 12 image 123650291 11

Paylaş: