etciler

Bakının Yasamal rayonu ərazisində uzun müddət fəaliyyət göstərən kafe və ticarət obyektləri sökülüb.

Globalinfo.az metbuat.az-a istinadən bildirir ki, rayonun Məhəmməd Xiyabani küçəsindəki kafelər və ət dükanları ləğv edilib. Dünən axşam saatlarından başlayaraq Yasamal rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların əməkdaşları əraziyə gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıb. Ərazidə 20-dən artıq kafe sökülüb.

Qeyd edək ki, M. Xiyabani küçəsində fəaliyyət göstərən kafelər əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi. Ərazi uzun illər idi ki, “Ətçilər” kababxanaları kimi tanınırdı. Adıçəkilən ərazidə kafelərlə yanaşı xırdabuynuzlu heyvanların ət satışı da həyata keçirilirdi.

c9436e67437668e3423e49121b25a8fa1493825 3 jpg 9c36835030ba38669c4ba145f9080d3d1493825 5 jpg 620cb9b3a8c7b09d72c1ccb787eea00a1493825 7 jpg a6f2b1e5d3b8663be0161535e56f7d231493825 8 jpg

 

Paylaş: