c42e59285fced392d94a3e552fda503f chukr data

“Hazırda Ukrayna ilə bağlı 10-a yaxın sülh planı mövcuddur. Onların əksəriyyəti ictimaiyyətə məlumdur, lakin bir neçə plan məxfi saxlanılır”.

Globalinfo.az xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İqnazio Kassis deyib:

“Ümumilikdə münaqişənin həlli ilə bağlı onlarla sülh planı mövcuddur. Söhbət Ukrayna Prezidenti Vladimir Zelenskinin 10 bəndlik planından gedir. Bununla yanaşı digər gizli planlar da var”.

Kassisin fikrincə, İsveçrə konfransı mümkün qədər çox təklifə baxmalıdır:

“Bir çox ideyalar var. Bu konfrans bizə onları təhlil etməyə, ortaq məxrəc tapmağa və addım-addım irəliləməyə imkan verməlidir”, – İsveçrənin xarici işlər naziri vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: