6d53e2db 1e3b 36b0 b67c ecf208aec727 850

Almaniyada qısaldılmış iş həftəsi sınaqdan keçirilməyə başlanacaq.

Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, dörd günlük proqram fevralın 1-dən test rejimində istifadəyə veriləcəyi bildirilir.

Nəşrin məlumatına görə, yüzlərlə müəssisənin işçiləri maaşını tam saxlamaqla hər həftə əlavə istirahət günü əldə edəcək.

Məqalə müəllifləri dörd günlük həftə tədqiqatının bu ilin avqust ayına qədər davam edəcəyinə aydınlıq gətirib. Təcrübədə 45 şirkət iştirak edəcək.

Sınaq nəticələrinə əsasən, onlar əmək məhsuldarlığını artırmaq üçün daimi olaraq üçüncü istirahət gününün tətbiq edilib-edilməməsinə qərar verəcəklər.

Paylaş: