boz ay

Azərbaycanda qışın daha soyuq hesab edilən dövrü – Kiçik çillə geridə qaldı.

Globalinfo.az xəbər verir ki, Xalq təqviminə görə, dekabrın 22-dən başlayan qış fəslinin “oğlan çağı” – 20 günlük Kiçik çillə fevralın 21-nə keçən gecə başa çatıb.

Bu gündən – 21 fevraldan Novruz bayramınadək qalan 30 günlük müddəti – Boz ayı yaşayacağıq.

Xalq arasında Boz ay haqqında bir deyim var: “Boz ay bozara-bozara keçər”. Bu daha çox Boz ayda havaların bozarmasına və dəyişkənliyinə işarədir. Bu ayın xalq arasında adının həm də “ağlar-gülər” adlanması havaların dəyişkən olması ilə əlaqədardır.

Xalq təqviminə görə, qış üç hissədən ibarətdir: dekabrın 22-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-dək Kiçik çillə, fevralın 21-dən martın 20-dək Boz ay davam edir.

 

Paylaş: