Fransız provokasiyasına qarşı alman təmkini – Bakının həmləsi

Fransız provokasiyasına qarşı alman təmkini - Bakının həmləsi

“Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev bir sıra görüşlər keçirdi. Görüşlərdə dövlət başçısının diqqətçəkən fikirlər səsləndirməsi Azərbaycanın konkret mövqeyini ifadə edir”.

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O əlavə edib ki, dövlət başçısının Almaniya kanslerini vasitəçi yox, təşəbbüskar adlandırması, Dağlıq Qarabağ münaqişəsinin bitdiyini və ATƏT-in Minsk qrupu kimi yarıtmaz və fəaliyyətsiz qurumların ləğv edilməsi ilə bağlı tələbini ifadə etməsi Azərbaycanın mövqeyini tam olaraq aydın edir:

“Yəni dövlət başçısı bildirir ki, bundan sonra imitasiya xarakterli görüşlərə zaman ayırmaq niyyətində deyil. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edib, buna görə də növbəti mərhələyə köklənmək lazımdır.

Danışıqlar prosesinin yalnız ikitərəfli müstəvidə aparılması ilə bağlı fikirlər vasitəçilərə ehtiyac duyulmadığının önə çəkilməsidir. Prezident andiçmə mərasimində də bunu diqqətə çatdırmışdı. Bu açıqlamalar o nəticəni verir ki, Azərbaycanın mövqeyi əsasdır, heç bir vasitəçi prosesə məcburən burnunu soxa bilməz, praktiki addımlar da göstərir ki, ikitərəfli görüşlər mümkündür.

Düşünürəm ki, Münhen görüşləri vasitəçilik missiyasını üzərinə götürməyə çalışan dövlətlərə verilən konkret mesajdır. Ya konkret və ədalətli nəticələr əldə olunmalıdır, ya da ümumiyyətlə Azərbaycan bu tipli görüşlərdə maraqlı deyil”.

Turan Rzayev
Globalinfo.az