oracle 1

Azərbaycanda seçki mühitinin ölçülməsi məqsədilə sosioloji sorğuya başlanılıb.

Globalinfo.az “Report”a istinadən bildirir ki, sorğu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası “ORACLE ADVİSORY GROUP”- (ABŞ) təşkilatı ilə birgə həyata keçirilir.

“Komandamız 10 ildir ki, fəaliyyət göstərir. Təşkilatımız 15 ölkədə 24 səsvermədə iştirak edib. Azərbaycanda keçiriləcək seçkilər bizim üçün 25-ci qlobal seçki olacaq”, – “ORACLE ADVİSORY GROUP” təşkiatının nümayəndəsi Vlada Galan deyib.

Qeyd edək ki, ABŞ-nin “ORACLE ADVİSORY GROUP” təşkilatı və “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası” fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib.

oracle 2 oracle 3 oracle 4 oracle 5 oracle 6

Paylaş: