WhatsApp Image 2026 09 08 at 23.54.40

Yaponiyanın Yama­naşi prefekturasının Oşino kəndində yerləşən səkkiz bulaq gölü turistlərin atdığı sikkələr səbəbindən gözlənilməz problemlə üzləşib.

Globalinfo.az xəbər verir ki, Fuji dağından gələn yeraltı sularla qidalanan gölməçələr 2013-cü ildə Fuji dağı ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildikdən sonra bölgəyə gələn turistlərin sayı artıb.

Bəzi ziyarətçilər gölməçələri arzu hovuzları ilə səhv salaraq suya sikkələr atmağa başlayıblar. İllər ərzində gölməçələrin dibində müxtəlif ölkələrdən minlərlə sikkə toplanıb. Rəsmi qurumlar və könüllülərin vaxtaşırı apardığı təmizlik işləri zamanı sudan təxminən 50 min sikkə çıxarılıb.

Məlumata görə, bu sikkələrin minlərlə dollar dəyərində olduğu bildirilir. Qeyd olunur ki, göldəki sikkələri götürmək üçün yerli əhali və orda olan turistlər əraziyə axın edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: