İrəvan məhkəməsi “Ana Ermənistan” partiyasının lideri Andranik Tevanyanın həbs müddətini daha üç ay uzadıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Qeyd edək ki, Andranik Tevanyan dövlətə xəyanətdə ittiham olunduğu cinayət işi üzrə həbsdə saxlanılır.
May ayında məhkəmə onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçmişdi. Ermənistan İstintaq Komitəsi siyasətçi barəsində dövlətə xəyanət ittihamı ilə cinayət işi açıb.
Əliyar Xəlil