putin tramp esas 900x575 1

Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Tramp arasında telefon danışığı baş tutub.

Globalinfo.az xəbər verir ku, Rusiya liderinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, söhbət əsasən Ukrayna münaqişəsinin nizamlanmasına həsr olunub.

Uşakov bildirib ki, telefon danışığı düz bir saat davam edib. Onun sözlərinə görə, söhbət konstruktiv və olduqca səmimi keçib, lakin müzakirələr məxfi xarakter daşıyıb.

Liderlər əsas diqqəti Ukrayna münaqişəsinin nizamlanması ətrafında vəziyyətə yönəldiblər. Putin Trampa Rusiya-Ukrayna cəbhəsindəki vəziyyətlə bağlı obyektiv və ətraflı təhlil təqdim edib.

Uşakovun sözlərinə görə, Putin və Tramp qarşılıqlı hörmət və işgüzarlıq şəraitində ABŞ prezidentinin xüsusi nümayəndələri Jared Kuşner və Stiv Uitkoffun sentyabrın 5-6-da Moskva və Kiyevə səfərlərini də müzakirə ediblər.

O qeyd edib ki, liderlər amerikalı nümayəndələrin səfərlərinin nəticələrini müsbət qiymətləndiriblər. Bu istiqamətdə əlaqələrin və işlərin davam etdirilməsi planlaşdırılır.

Telefon danışığı zamanı Tramp öz prezidentliyi dövründə Ukrayna münaqişəsinin nizamlanması istiqamətində ciddi irəliləyiş əldə edilməsində maraqlı olduğunu bildirib.

Putin isə Trampa Rusiyanın Avropaya qarşı heç bir təcavüzkar planının olmadığını deyib.

Rusiya Prezidenti, həmçinin ABŞ liderinin həyat yoldaşı Melaniya Trampın Rusiya və Ukraynadan olan uşaqların ailələrinə qaytarılması istiqamətində göstərdiyi səyləri qeyd edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: