İran parlamentinin sədri Məhəmmədbaqir Qalibaf ABŞ-a məxsus pilotsuz sualtı aparatın Hörmüz boğazının girişində SEPAH tərəfindən ələ keçirilməsi ilə bağlı xəbərə ironik münasibət göstərib.
Globalinfo.az xəbər verir ki, Qalibaf “X” sosial şəbəkəsində retro-komiks üslubunda hazırlanmış karikatura paylaşıb.
Belə ki, şəkildə iranlı hərbçinin ABŞ-aməxsus sualtı dronun gövdəsinə döydüyü təsvir olunub.
Karikaturada ingilis dilində “Knock! Knock!” (Tıq-tıq!) ifadəsi yer alıb.
Qalibaf bununla SEPAH-ın ABŞ sualtı dronunu ələ keçirməsi barədə açıqlamasına istehzalı şəkildə münasibət bildirib.
Tahir Turan
Globalinfo.az