Samuxda 39 yaşlı qadın bıçaqlanıb.
Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü S. Abbasova bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Qadına tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
İlkin məlumata görə, qadını bıçaqlamaqda qardaşı şübhəli bilinir.
Faktla bağlı Samux rayon Polis İdarəsi tərəfindən araşdırma başlanılıb.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində E.Əsgərova və S.Abbasovaya kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 35 yaşlı İsrəfil Əliyev saxlanılıb.
Araşdırmalar davam etdirilir.