rusiya ukrayna

ABŞ və Avropa rəsmiləri Rusiyanın Ukraynaya qarşı müharibəsinin yaxın aylarda başa çatacağına dair gözləntilərini azaldıblar.

Globalinfo.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Qərb rəsmiləri münaqişənin 2027-ci ilə qədər davam edə biləcəyini getdikcə daha real ssenari kimi qiymətləndirirlər.

Bildirilir ki, Stiv Uitkoff və Cared Kuşnerin diplomatik təşəbbüsü Rusiya Prezidenti Vladimir Putinin mövqeyində ciddi dəyişiklik yarada bilməyib.

Rəsmilər Moskvanın qarşıdakı qış aylarında Ukraynanın enerji infrastrukturuna hücumları intensivləşdirəcəyini gözləyirlər. Eyni zamanda, Rusiyanın Avropa ölkələrinə qarşı hibrid təzyiqləri artıracağı ehtimal edilir.

Məlumata görə, Putin 2027-ci ilin yazına daha əlverişli hərbi və siyasi mövqedə daxil olmağa çalışır. Bu səbəbdən Qərb rəsmiləri gələn ildən əvvəl müharibənin sona çatmasına yönəlmiş ciddi danışıqların başlanmasını az ehtimallı hesab edirlər.

Tahir Turan
Globalinfo.az

Paylaş: