1763636276 gideon saar israel speech afp 2.jpg 1 900x506 2


Böyük Britaniyanın Fələstin ərazilərindəki İsrail yaşayış məntəqələrinə iqtisadi məhdudiyyətlər tətbiq etməsinə qarşı tədbirlər görəcəyik.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Gideon Saar deyib.

O bildirib ki, İsrail Britaniyanın Qüdsdəki konsulluğunu bağlamaq, britaniyalı nümayəndələri Kiryat-Qatdakı qərargahdan çıxarmaq və Londonun Ramallahda Fələstin Muxtariyyəti qüvvələrinin hazırlanmasında iştirakını dayandırmaq niyyətindədir.

Bundan başqa, 12 britaniyalı siyasətçi və vətəndaşın İsrailə girişinə qadağa qoyulacaq. Saarın sözlərinə görə, söhbət Təl-Əviv əleyhinə və antisemit fəaliyyətlərdə iştirak edən, eləcə də İsrailin mövcud olmaq hüququnu tanımayan şəxslərdən gedir.

O, digər ölkələrə qarşı da analoji addımların atıla biləcəyini istisna etməyib.

“İsrailə qarşı hərəkət edən hər kəs bunun cavabını alacaq”, – deyə Saar vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya İsrail yaşayış məntəqələrinin Qərb Sahilində genişləndirilməsinə cavab olaraq həmin ərazilərdən malların idxalını qadağan edib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: