tramp zelenski 1

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın sonunda ABŞ lideri Donald Trampla görüşməyi və Ukraynanın raket və hava hücumundan müdafiə ehtiyaclarını müzakirə etməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “İnterfaks-Ukrayna” məlumat yayıb.

Zelenski bildirib ki, Ukraynaya ABŞ-dan ballistik raketlərə dair yeni təchizat paketləri lazımdır.

“Bizə amerikalılardan ballistik raket paketləri lazımdır. Onlar nəyə və nə vaxt ehtiyacımız olduğunu bilirlər. Ayın 20-dən sonra Prezident Trampla görüşəcəyimə, bu məsələni gündəmə gətirəcəyimə və nəticə əldə olunacağına inanıram”, – Zelenski deyib.

Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixi də sentyabr ayında Zelenski ilə Tramp arasında görüşün keçirilə biləcəyini açıqlayıb.

“Görüşün bu ayın sonunda keçirilməsi ilə bağlı ilkin razılaşmanın əldə olunduğunu təsdiqləyə bilərəm”, – deyə Tixi vurğulayıb.

O, zərurət yaranacağı təqdirdə iki prezident arasında telefon danışığının da keçirilə biləcəyini istisna etməyib.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: