19Q13NvCScn3Yv5WBowG60598beN25Km

Rusiya müharibə başlayandan bəri Ukraynaya 7400 raket atıb.

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, Rusiya ordusu genişmiqyaslı işğalı zamanı Ukraynaya ən azı 7400 müxtəlif tipli raket atıb.

Onlardan üçdəbiri “S-300” və “S-400” tipli raketlərdir.  Daha 900-ə yaxını isə  “İsgəndər-M” ballistik raketləridir.

Məlumata görə, Rusiya artıq 48 ədəd “Kinjal” raketindən də istifadə edib.

Bundan əlavə, Rusiya təxminən 3700 “Şahed” tipli PUA ilə Ukraynaya hücum gerçəkləşdirib.  Ukrayna müdafiə qüvvələri isə həmin hücum PUA-larının 2900-ə yaxınını məhv etməyə müvəffəq olub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: