df389ea0 6249 341e b168 dd756d8cbded 850

Ağdaşda sanitar-gigiyena qaydalarının pozulmasına görə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirib.

Məlumata görə, Ağdaş Rayon Polis Şöbəsinin (RPŞ) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) regional idarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi, sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə birgə tədbirlər keçirilib.

Tədbirlər zamanı Pirkəkə kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması halları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələbləri pozulduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib edilib.

a991ad99 d412 3256 a79b a66c4df826ec cb8c5fe3 71e8 386a a913 bdaac790afd5

Paylaş: