“İsraildə baş verən müharibə göz önündədir və bəzi ölkələr HƏMAS-a açıq şəkildə dəstək verirlər”.
Bu sözləri Globalinfo.az-a “Magen David Group”un rəhbəri, Ümum İsrail Dağ Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov İsrail-HƏMAS müharibəsi haqda danışarkən deyib.
O, HƏMAS-ın cəhdlərinin boşa çıxacağını bildirib:
“Biz Azərbaycan xalqı olaraq 30 ildən çox erməni terroru ilə mübarizə aparmışıq. HƏMAS ASALA kimi addımlar atır. Terror təşkilatları hər zaman olub, var və onlarla daim qəti şəkildə mübarizə aparmaq lazımdır. İsrail hökuməti də bunu edir. Hazırda İsrail dövlətinin ərazisinə daxil olan bütün terrorçular zərərsizləşdirilib, antiterror əməliyyatları aparılır.
D.Seliverstov deyib ki, dünya tolerantlığı, multikulturalizmi Azərbaycandan öyrənməlidir:
“İsrail dövlətində də tolerantlıq yüksəkdir: bu gün Yerusəlimdə məscid, sinaqoq və kilsə eyni dərəcədə dəyərləndirilir, yəhudi xalqı tərəfindən heç kim ora bomba atmır, təxribat törətmir. Bütün dünya da görür ki, İsrail sülh istəyir. Çünki hər kəsin yaşamaq hüququ var. Vəhşicəsinə ölkəyə daxil olub insanları öldürmək, uşaqları quş qəfəsinə salmaq, qadınlara qarşı zorakılıq törətmək və bunların hamısını videoya çəkib dünyaya nümayiş etdirmək cənab İlham Əliyevin də dediyi kimi, ünsürlükdür!
Müsahibimiz Ermənistanda sinaqoqa hücumla bağlı da danışıb:
“Ermənistanda sinaqoqa hücumu ASALA terror təşkilatı öz üzərinə götürmüşdü. İndi də HƏMAS bu cür addım atır. Maraqlıdır ki, HƏMAS arxalarında kimlərin dayandığını açıq bəyan edir, amma dünya susur. Bu addımı qətiyyətlə pisləyirəm və şəxsən David Seliverstov olaraq hər zaman İsrail dövlətinin yanındayam. İnanıram ki, ədalət konsepsiyası hər şeydən üstündür”.
Zaira Akifqızı
Globalinfo.az