esassssss

Cəlilabadda ziyarətgaha gedən mikroavtobus qəza törədib, yaralılar var.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhərinin çıxışında qeydə alınıb.

Belə ki, qəza zamanı “Ford” markalı sərnişin mikroavtobusu ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Xəsarət alanlar 1970-ci il təvəllüdlü Firuzə Hüseynova, 1987-ci il təvəllüdlü Xəyalə Yaqubzadə, 1962-ci il təvəllüdlü Naibə Əliyeva, 1952-ci il təvəllüdlü Zümrüd Şıxəliyeva, 1981-ci il təvəllüdlü Nailə Quluzadə və 2009-cu il təvəllüdlü Xədicə Yaqubzadədir.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: