6a3158c49cd306a3158c49cd3117816188836a3158c49cd2e6a3158c49cd2f

İyunun 16-da Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Globalinfo.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə – erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Sədrlik edən xatırladıb ki, ötən məhkəmə iclasında müdafiə çıxışına hazırlaşmaq istəyənlərə vaxt verilib.

O, müdafiə tərəfindən çıxışlara hazır olub-olmadığını soruşub.

Müdafiə tərəfi çıxışlara hazır olduğunu bildirib.

Sədrlik edən qeyd edib ki, müdafiə çıxışları apellyasiya şikayətlərinin daxil olması ardıcıllığı ilə davam etdiriləcək.

Təqsirləndirilən Davit İşxanyan söz alaraq müdafiəçisi ilə konfidensial qaydada görüşmək istədiyini bildirib. Onun vəsatəti təmin edilib.

Məhkəmədə elan olunan fasilə zamanı D.İşxanyan müdafiəçisi ilə konfidensial qaydada görüşüb. Fasilədə o, həmçinin tərcüməçinin iştirakı ilə 26 may tarixli məhkəmə iclasının protokolu ilə tanış olub.

Sonra müdafiə çıxışı üçün söz təqsirləndirilən Levon Mnatsakanyanın vəkilinə verilib. Vəkil çıxışında L.Mnatsakanyan barəsində bəraətverici əsaslarla qərar çıxarılmasını məhkəmədən xahiş edib.

Ardınca L.Mnatsakanyan çıxış edib. Təqsirləndirilən şəxs vəkilinin söylədiklərini müdafiə etdiyini deyərək, öz arqumentlərini səsləndirib.

Məhkəmənin növbəti iclası iyunun 23-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

6a3158c4a97cc6a3158c4a97cd17816188836a3158c4a97c96a3158c4a97cb 6a3158c4b84e16a3158c4b84e217816188836a3158c4b84df6a3158c4b84e0 6a3158c4cbe2d6a3158c4cbe2e17816188836a3158c4cbe296a3158c4cbe2b 6a3158c43e1f46a3158c43e1f517816188836a3158c43e1f26a3158c43e1f3 6a3158c44b1c16a3158c44b1c217816188836a3158c44b1bf6a3158c44b1c0 6a3158c48fbb86a3158c48fbb917816188836a3158c48fbb66a3158c48fbb7 6a3158c49cd306a3158c49cd3117816188836a3158c49cd2e6a3158c49cd2f 1 6a3158c417d696a3158c417d6a17816188836a3158c417d666a3158c417d68 6a3158c423e766a3158c423e7717816188836a3158c423e746a3158c423e75 6a3158c431e496a3158c431e4a17816188836a3158c431e476a3158c431e48 6a3158c480d2c6a3158c480d2d17816188836a3158c480d2a6a3158c480d2b 6a3158c45918b6a3158c45918c17816188836a3158c4591896a3158c45918a 6a3158c47243d6a3158c47243e17816188836a3158c47243b6a3158c47243c 6a3158c4654656a3158c46546617816188836a3158c4654636a3158c465464

Paylaş: