Xəbər verdiyimiz kimi, hüquq müdafiəçisi Səidə Qocamanlı ömürlük məhbuslar Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladovun azad olunması ilə bağlı Əfv Komissiyasına müraciət edildiyini bildirmişdi.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu gün imzalanan əfv sərəncamında “vətənə xəyanət” maddəsi ilə məhkum edilən bu şəxslərin adı yoxdur.
Qeyd edək ki, E.Əmiraslanov, A.Kazımov və S.Poladov keçmiş OMON-un – Xüsusi Təyinatlı Polis Dəstəsinin (XTPD) üzvləri olublar.
Onlar 1997-ci il noyabrın 28-də Ali Məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum olunublar. Daha sonra ölüm hökmü ləğv edilib və ömürlük həbslə əvəzlənib.
Hər üç məhkum “vətənə xəyanət” maddəsi ilə ittiham olunub.














