Qarabağ bitir, regiona yeni qüvvə gəlir: Putinin qorxulu addımı…

“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ səfəri ölkənin rəsmi şəkildə ABŞ-ın hərbi-siyasi sferasına daxil olmasına həsr olunmuşdu”.

Globalinfo.az xəbər verir ki, bu sözləri erməni separatçı, “siyasətçi” Artur Tovmasyan deyib.

“İndiyə qədər proses gedir, ancaq elan edilmirdi. Hazırda Ermənistanın Rusiyaya və bütün dünyaya özünü ABŞ peyki kimi göstərmək mərhələsi gəlib çatıb.

Dövlət Departamentində Qriqoryan Qarabağın Azərbaycana verilməsi və Moskvanın üçtərəfli bəyanatlarının birdəfəlik basdırılması ilə bağlı növbəti addımları müzakirə edib.

Pentaqon Ermənistan ordusunu NATO standartlarına gətirəcək, ABŞ şirkətləri nüvə layihələrində iştirak edəcəklər. Mərkəzi Kəşfiyyat İdarəsi ilə birgə layihələr icra olunacaq.

Bütün bu bəndlər Rusiyanın maraqlarına birbaşa təhdid təşkil edir. Ermənistan qətiyyətli şəkildə Rusiya Federasiyasına dost olmayan ölkələrdən birinə çevrilir.

“Amerikanın səsi”nə müsahibəsində Qriqoryan ona Blinkenin verdiyi siyasi tezisləri ortaya qoydu”, – Tovmasyan qeyd edib.

Bu tezislər sırasında Qarabağın heç vaxt ərazi münaqişəsi olmaması və Rusiya sülhməramlılarının tənqid olunması ön plana çıxıb:

“Nikol hakimiyyətə niyə gəlib, aydındır. Bütün çatışmazlıqları və pis işləri Rusiyaya atmaq və ABŞ-la Türkiyənin razılaşdıqlarını yerinə yetirməyə. İndi bunlar rəsmən Putinə təqdim olunub, gözləyək, görək başımıza nə gələcək? Nəyə görə gözləyək? Çünki hazırkı Ermənistan rəhbərliyinin çoxdandır, söz hüququ yoxdur, onlar ağaları nə deyirsə, onu edirlər”.

Tamerlan Yayaqan
Globalinfo.az