ng 9

Gənclər və İdman Nazirliyi (GİN) ilə Azərbaycan Su İdmanı Federasiyasının (AZSİF) birgə təşkilatçılığı ilə keçirilən “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirində ikinci yarış günü başa çatıb.

Globalinfo.az xəbər verir ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində idmançılar 8 dəst medal uğrunda mübarizə aparıblar.

Azərbaycan komandası 3 qızıl, 1 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 7 medal qazanıb.

Azərbaycan komandasında qızıl medalları 2 nəfərlik kayak qayığında 500 metr məsafədə (2008-2009) Tengiz Qaqnidze – Qiyas Əhmədov, 1 nəfərlik akademik avarçəkmədə 1500 metr məsafədə (2008-2009) Azər İlyasov və 1 nəfərlik kayakda 1000 metr məsafədə (2008-2009) Əlimurad Hacızadə qazanıblar.

Gümüş medala 2 nəfərlik kayak qayığında 1000 metr məsafədə (2010-2011) Elmir Tarverdiyev – Mustafa Vəlizadə layiq görülüblər.

2 nəfərlik kayak qayığında 500 metr məsafədə (2008-2009) Nuran Rəhimli – Elvin Əliyev, 1 nəfərlik kanoe qayığında 1000 metr məsafədə (2008-2009) Hüseyn Səmədli, 2 nəfərlik akademik avarçəkmədə 1500 metr məsafədə (2010-2011) Məhəmməd Həsənov – İlyas İbrahimov dueti finiş xəttini üçüncü sırada keçiblər.

Xatırladaq ki, “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə sentyabrın 29-da Füzulidə, Köndələn su anbarında start verilib. Yarışların birinci günündə Azərbaycan idmançıları 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. 12 ölkədən 100-dən artıq idmançının mübarizə apardığı reqataya oktyabrın 1-də yekun vurulacaq.

1c016771 80ce 44d8 9e12 179925951c12
9dd5adfe 0a2f 4dd8 8577 9881846401b3
036f2d22 ea2d 4f15 b3a8 d35d228975d2
99271638 ba0f 485f bd6f afdb33073203
c3273411 a594 4414 b626 9bec3b165c60
eb07c35d 5120 468e ace9 e2f885da7947
ee1cfdc0 30d4 469f bbbe 75a53233912f
f3985108 033f 453e 86e0 f89e7bdb7600

Paylaş: