“Flydubai” aviaşirkətinin hər iki pilotu hələ də Səudiyyə Ərəbistanının Tabuk şəhərində xəstəxanada qalır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb.
“Onlara tibbi yardım göstərilir”, – deyə bildirilib.
Qeyd edək ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan təyyarə qısa müddətlik fövqəladə vəziyyət siqnalı verib. Daha sonra isə təyyarənin qaçırıldığını bildirmək üçün istifadə olunan kod göndərilib. İlkin məlumata görə, ikinci pilot kapitana bıçaqla xəsarət yetirib, daha sonra isə təyyarəni qəzaya uğratmağa cəhd edib.
Hadisə nəticəsində yaralanan şəxs Hindistan vətəndaşı olub. Hücum edən şəxsi reysdəki sərnişinlər zərərsizləşdirməyə kömək ediblər. Təyyarə Səudiyyə Ərəbistanının Tabuk şəhərinə təcili eniş edib. Axşam saatlarında isə sərnişinlər xilasedici təyyarə ilə Təl-Əvivə aparılıb.
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, sərnişinlər və “Flydubai” təyyarəsinin yaralanan kapitanı böyük faciənin qarşısını alıblar.
Əliyar Xəlil
Globalinfo.az