Fransa Prezidenti Emmanuel Makronun şəxsi həyatı ilə bağlı maraqlı detallar ortaya çıxıb.
Globalinfo.az xəbər verir ki, bu barədə fransalı siyasi jurnalist Floran Tardifin öz kitabında yazıb.
Müəllif dövlət başçısının spirtli içkilərə, xüsusilə də tünd içkilərə ciddi marağı olduğunu iddia edib:
“Makron ciddi pəhriz saxlamasına baxmayaraq, spirtli içkilərlə bağlı özünü məhdudlaşdırmır. Onun sevimli içkisi Şotlandiyanın viskisidir”.
Kitabda prezident iqamətgahında keçirilən qeyri-rəsmi axşamlardan da bəhs olunur.
Bildirilir ki, Bricit Makron məclisdən ayrıldıqdan sonra dövlət başçısı yaxın çevrəsi ilə birlikdə siqaret çəkir, viski içir və rəsmi geyim qaydalarından uzaqlaşır.
Kitabda Prezidentin Fransanın cənubundakı doğma bölgəsi olan Pireneylərə səfərlərinə xüsusi diqqət yetirilir.
Mənbələrdən birinin sözlərinə görə, Emmanuel Makron Turmal dağının zirvəsində yerləşən restorana səfərləri zamanı həddindən artıq spirtli içki qəbul edir.
Gecə saatlarında dostları ilə birlikdə yüksək səslə mahnı oxuduğu da iddia olunur.
Əliyar Xəlil
Globalinfo.az