WhatsApp Image 2023 11 14 at 19.35.51

Ermənistanda Baş nazir Nikol Paşinyanın seçkilər ərəfəsində səsləndirdiyi “sentyabrda müharibə ola bilər” fikri yenidən müzakirəyə çıxarılıb.

Globalinfo.az xəbər verir ki, Ermənistan mediası ekspertlərin bu barədə fikirlərini təqdim edib.

Erməni ekspert Voskan Sərkisyan Paşinyanın hakim Mülki Müqavilə Partiyasının parlamentdə konstitusiya çoxluğunu əldə etməməsi halında sentyabr ayında “fəlakətli müharibə” baş verəcəyi barədə açıqlamasını xatırladıb:

“Hakim partiya konstitusiya çoxluğunu əldə etməyib və sentyabr ayı da başa çatıb, lakin müharibə baş vermədi. Paşinyan belə bir proqnozu hansı məlumata əsasən səsləndirib?”

Tatul Akobyan sözügedən məsələyə toxunub:

“Seçicilər hakim partiyaya konstitusiya çoxluğu verməyib və bunun nəticəsində Ermənistan Konstitusiyasından Müstəqillik Bəyannaməsinə istinadı çıxarmaq üçün tələb olunan hüquqi imkan yaranmayıb. Azərbaycan Ermənistanla sülh sazişinin Bəyannaməyə istinad Konstitusiyadan çıxarıldıqdan sonra imzalana biləcəyini açıqlayıb.

Bu baxımdan sentyabr ayında müharibənin baş verməməsini müsbət hal kimi qiymətləndirmək lazımdır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: