WhatsApp Image 2026 02 06 at 10.25.50

Yaponiyanın Baş naziri Sanae Takaiçinin videomüraciəti ölkənin Yutub seqmentində geniş rezonans doğurub. 

Globalinfo.az xəbər verir ki, sözügedən video iki həftədən də az müddətdə 100 milyondan çox baxış toplayıb.

“Takaiçidən mesaj: Yaponiya arxipelaqını güclü və firavan edək” adlı videoda baş nazir ritmik baraban sədaları fonunda ölkəsinin gələcəyi naminə dəyişikliklərin və qətiyyətli addımların vacibliyindən danışır.

Fevralın 6-sı səhər saatlarına olan məlumata görə, videonun baxış sayı 130 milyonu ötüb.

Bu nəticə ölkənin sosial şəbəkə seqmentində, eləcə də müxalif dairələrdə müzakirələrə səbəb olub. Əksəriyyət baxış sayının süni şəkildə artırıldığını iddia edib.

Şərh yazanlardan biri isə videonun baxış sayının Yaponiya əhalisinin sayını belə keçdiyini istehza ilə qeyd edib.

 

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: