Xankəndidə həyəcanlı anlar: Araiki öldürmək istəyirlər – ŞOK

Ermənistan Baş naziri Nikol Paşinyanın separatçıların “təhlükəsizlik şurasının keçmiş katibi” Vitali Balasanyanın nümayişkaranə şəkildə həbsi barədə tələbinin terrorçubaşı Araik Arutyunyan tərəfindən yerinə yetirilməsi səbəbindən bu gün Xankəndidəki mitinq zamanı terakt törədilə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Teraktın xarici ölkənin xüsusi xidmət orqanının erməni əhali arasındakı agentura şəbəkəsi vasitəsilə törədilə biləcəyi vurğulanır. Hücumu təşkil edəcək ölkənin adı çəkilməsə də, bunun Rusiya olduğu iddia edilir. Moskvanın xüsusən Balasanyanın həbsinə qəzəbləndiyi qeyd edilir.

Əsas hədəfin isə başda Araik Arutyunyan olmaqla, separatçıların “lider”lərini məhv etmək, qorxutmaq və ya güc nümayişi olduğu bildirilir.

Tamerlan Yayaqan
Globalinfo.az