bir zamanlar binlerce kisi onu izliyordu simdi dc9e85540c amp

“Bayer Leverkuzen”, “Borussiya Dortmund” və “RB Leypsiq” formalarını geyinmiş Kevin Kampl karyerasını 2026-cı ilin yanvarında başa vurub.

Globalinfo.az xəbər verir ki, alman mediası 35 yaşlı sloveniyalı futbolçunun qərarında son dövrdə yaşadığı ağır itkilərin də təsirli olduğunu yazıb.

Qeyd edilib ki, Kampl cəmi yeddi ay ərzində əvvəl atasını, daha sonra isə qardaşını itirib.

Karyerasına son qoyduqdan sonra futbolçu həyatında yeni səhifə açıb. O, həyat yoldaşı və iki oğlu ilə birlikdə İspaniyanın Mayorka adasına köçüb. Kampl hazırda peşəkar futboldan uzaq, daha sakit həyat sürür. Keçmiş futbolçu vaxtının böyük hissəsini ailəsi ilə keçirir və bağçılıqla məşğul olur.

IMG 2447

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: