Sahbaz serif 11

Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasında imzalanacaq mümkün razılaşma ilə bağlı paylaşımını silib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb. 

Bildirilib ki, Şərif “X” hesabında Vaşinqton və Tehran arasında münaqişənin həlli ilə bağlı anlaşmanın əldə olunduğunu, sənədin 19 iyunda İsveçrədə imzalanacağı yazıb. Lakin qısa müddət sonra həmin paylaşım silinib və onun əvəzinə yenilənmiş versiya dərc olunub. Yeni mətndə nə İsveçrə, nə də imza mərasimi ilə bağlı detallar qeyd olunub.

Hadisə sosial mediada diqqət çəkib və paylaşımın dəyişdirilməsi müxtəlif müzakirələrə səbəb olub.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: