ABŞ ordusu Polşaya planlaşdırılan 2-ci zirehli briqada döyüş qrupunun yerləşdirilməsini dayandırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Defense Nyus” məlumat yayıb.
Nəşr bildirir ki, planda “First Cavalry Division” tərkibinə daxil olan və 4000-dən çox hərbçidən ibarət qüvvənin yerləşdirilməzi nəzərdə tutulub.
Bəzi mənbələr prosesin dayandırılmasının səbəbi kimi ABŞ ordusunda hərbi əməliyyatlar və qüvvələrin yerləşdirilməsi ilə bağlı yaşanan büdcə çatışmazlığı problemini göstərirlər.
Briqada artıq hazırlıq mərhələsinə keçib, şəxsi heyətin və texnikanın bir hissəsi isə hərəkətə başlayıb.
Safura Bənnayeva
Globalinfo.az