Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 2005-ci ildə Nyu-Yorkda baş tutan toyunun təfərrüatlarını bölüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Onun sözlərinə görə, həyat yoldaşı ilə tanış olduqdan qısa müddət sonra işgüzar səfərə getdiyi üçün rəsmi nikah mərasimi konsulluqda keçirilib. Diplomat bildirib ki, mərasim zamanı otaqda cəmi dörd nəfər olub: vitse-konsul, o, və həyat yoldaşı. Zaxarova zaraftla, “Həmçinin Rusiya Prezidenti Vladimir Putinın portreti də orada idi”, – deyə bildirib.
“Nikah çox sadə keçdi. Həmçinin uzun illərdir yayılan bir yalan məlumata da aydınlıq gətirmək istəyirəm. Ailə üzvlərimin heç birində fərqli vətəndaşlıq yoxdur. Hər kəs Rusiya vətəndaşıdır”, – Zaxarova qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az