Sentyabr ayında Burkina Fasoda Fransanın dəstəyi ilə edilən hərbi çevrilişə cəhdin qarşısı Rusiya kəşfiyyatının köməyi ilə alınıb.
Globalinfo.az xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) yerli mənbələrinə istinadən məlumat yayıb.
Həmin vaxt Burkina Faso rəhbərliyi ölkənin xarici kəşfiyyat və təhlükəsizlik xidməti vasitəsilə sözügedən cəhdin qarşısını aldığını açıqlayıb. SEPAH-ın məlumata görə, ölkə rəhbərliyinə bu məsələdə Rusiya kəşfiyyat xidməti dəstək göstərib.
Qeyd edək ki, hazırkı Burkina Fasoda ordu hakimiyyəti ələ keçirib. Kapitan İbrahim Traore ölkəyə liderlik edir. Onun hakimiyyəti zamanı Fransa Burkina Fasoya dəstəyini dayandırdığını və qoşunlarını bu ölkədən çıxaracağını açıqlamışdı.
Ayşən Mustafa
Globalinfo.az