630331581 1383417683814306 8636130224637501323 n

İğdır-Alican sərhəd buraxılış məntəqəsinin inşası nəzərəçarpacaq sürətlə irəliləyir. Ermənistan tərəfi ilə Marqara istiqamətində aparılan işlər nəticəsində 1993-cü ildən bağlı olan sərhəd keçidi daimi fəaliyyətə hazırlanır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Yeşil Iğdır Gazetesi” məlumat yayıb.

İğdır valisi Fırat Taşolar prosesin qısa müddətdə tamamlanmasının planlaşdırıldığını açıqlayıb.

Ekspertlər və yerli rəsmilər hesab edirlər ki, buraxılış məntəqəsinin açılması TürkiyəErmənistan münasibətlərinin normallaşmasında mühüm addım olacaq və bölgədə sərhəd ticarəti, logistika və turizmin inkişafına təkan verəcək.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: