aleksandr vucic

Avropa Rusiya ilə genişmiqyaslı müharibəyə hazırlaşır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Serbiya Prezidenti Aleksandar Vuçiç deyib. 

O, Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Fabien Mandonun ölkə ordusunun 3-4 ildən sonra döyüşə hazır olması ilə bağlı sözlərini xatırladıb:

“Bu, boş xəbər deyil. Hamı savaşa hazırlaşır. Bunu son dərəcə məsuliyyətli general bildirib. Münaqişənin yaxınlaşması ilə bağlı qorxularımın əsassız olduğu sübut olunarsa, sevincimdən atəşfəşanlıq edəcəyəm. Lakin Serbiya silahlanmağa davam etməlidir”.

O qeyd edib ki, Belqrad potensial hərbi qarşıdurma qarşısında sözün əsl mənasında “daşla sərt yer arasında” qalıb.

“Bu kontekstdə ordumuzu gücləndirmək üçün bütün tədbirləri görməlidir – ilk növbədə, Serbiya Hərbi Hava Qüvvələrini (VVS) gücləndirmək lazımdır”, – Vuçiç bildirib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: