Hakan Fidan 1200

Hakan Fidan Londonda Ukrayna ilə bağlı müzakirələrdə iştirak edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Xarici işlər naziri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.

Xatırladaq ki, sabah Londonda bir sıra Avropa liderlərinin iştirakı ilə Ukraynaya həsr olunan toplantı keçiriləcək. İclas çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin Birləşmiş Krallığın Kralı III Çarlzla görüşəcəyi deyilir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: