Rusiya nüvə enerji qurğusu ilə təchiz edilmiş “Poseydon” sualtı gəmisinin sınaqlarını uğurla həyata keçirib.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Biz daha bir qabaqcıl sistemin – “Poseydon” sualtı aparatının növbəti sınağını keçirdik, bu da böyük uğurdur”, – Putin bildirib.
Onun sözlərinə görə, “Poseydon” Rusiyanın ən perspektivli qitələrarası raketi “Sarmat”ı xeyli üstələyir: “Dünyada belə bir şey yoxdur”.
Safura Bənnayeva
Globalinfo.az