putin menzil

“Rusiya. Kreml. Putin. 25 il” adlı sənədli filmdə Rusiya Prezidenti Vladimir Putinin soyuducusundan müəyyən markalı kefir götürdüyü görüntülər yayımlanıb.

Globalinfo.az xəbər verir ki, tezliklə bu kadrlar sosial mediada və mətbuatda geniş müzakirələrə səbəb olub.

Belə ki, həmin kefir məhsulu mağazalarda kütləvi şəkildə alınmağa başlayıb.

Kreml sözçüsü Dmitri Peskov məsələyə belə münasibət bildirib:

“Burada əsas məsələ kefir deyil. Bu, cəmiyyətin prezident ətrafında birləşməsinin, onunla həmrəyliyinin bir göstəricisidir. Bu, ölkə başçısının populyarlığını və xalqın öz prezidentinə olan diqqətini əks etdirir”.


Safura Bənnayeva
Globalinfo.az

Paylaş: