6 otaqlı ev kül oldu – Xəsarət alan var

Göyçay şəhərində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 6 otaqlı evdə yanğın olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 50 m² olan talvarın altında dayanan “ВАЗ” markalı minik avtomobilinin salonu yanıb.

“Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Talvar, avtomobilin qalan hissəsi və yaxınlıqda olan ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə qeyd olunub.