“Ukrayna Rusiyaya silah istehsalı üçün maşınlar tədarük edən xarici şirkətlər barədə məlumatı tərəfdaşlarına ötürüb”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Əhəmiyyətli olan odur ki, bu maşınlar Çindən 52 şirkət tədarük edir. Tayvandan 15 şirkət, Almaniyadan 13 şirkət, Çexiyadan 8 şirkət, Cənubi Koreyadan 6 şirkət, Yaponiya və Hindistandan 3 şirkət, ABŞ-dan isə 1 şirkət çox az miqdarda komponentlər tədarük edir,” – deyə, o qeyd edib.
Zelenski bu şirkətlərə təklif edib ki, sanksiyalardan yayınmaq üçün həmin maşınları məsafədən söndürsünlər:
“Bu silahlar işləməyəcək. Beləliklə, proses ləngimiş olacaq”.
Safura Bənnayeva
Globalinfo.az