israil

“İsrail İordan çayının qərb sahilini ilhaq edərsə, ABŞ-la münasibətləri korlayacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” nəşrinin məlumatında qeyd olunub.

“İsrail Baş naziri Benyamin Netanyahu ərəb dövlətləri və ABŞ-la münasibətləri bahasına Fələstin dövlətinin yaradılmasına qarşı çıxıb-çıxmayacağı barədə düşünməlidir”, – deyə əlavə edilib.

Qeyd edək ki, sentyabrın 21-də Portuqaliya, Kanada, Avstraliya və Böyük Britaniya Fələstinin dövlətçiliyini rəsmən tanıyıb.

Sentyabrın 22-də Fransa prezidenti Emmanuel Makron da ölkəsinin eyni addımı atdığını açıqlayıb. Belçika, Monako, Malta və Lüksemburq da bu sıraya qoşulub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: