1748778658 img 20250601 wa0018

Milli Məclisin deputatı Novruzəli Aslanovun hər həftə öz seçiciləri ilə keçirdiyi görüşlər artıq ənənəvi hal alıb. Növbəti belə görüş 2025-ci il 01 iyun tarixində baş tutub.

Globalinfo.az xəbər verir ki, millət vəkili bu dəfə vətəndaşları İsmayıllı şəhərində yerləşən ofisində qəbul edib.

Səmimi şəraitdə keçən görüşün gedişində Novruzəli Aslanov vətəndaşlar tərəfindən qaldırılan sosial yönümlü məsələləri və şəxsi müraciətləri qeydə alaraq onların həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Sonda İsmayıllı şəhər sakinləri və rayon ictimaiyyətinin nümayəndələri Ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya İsmayıllı rayonuna göstərilən diqqət və qayğıya görə öz səmimi minnətdarlıqlarını bildiriblər.

1748778657 img 20250601 wa0016 1748778658 img 20250601 wa0017 1748778659 img 20250601 wa0015

Paylaş: