4 kəndin qaytarılması xəbərini belə qeyd etdilər – VİDEO

Xəbər verdiyimiz kimi, delimitasiya prosesinin ilkin mərhələsində Qazaxın işğal altında olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycana qaytarılacaq. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı sənəd 15 may 2024-cü ilə qədər Ermənistanla Azərbaycan arasında razılaşdırılmalı və imzalanmalıdır.

Xoş xəbəri eşidən Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinc hissi ilə qarşılayıblar.

Xatırladaq ki, 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş zamanı komissiyalar bir sıra məsələlər üzrə razılığa gəliblər. Onlardan biri də Qazax rayonunun işğalda olan kəndlərindən 4-nün geri qaytarılması üzrə olub.